Aygün Kazımova - Yarımdı o (Ft. Rəsul Əfəndiyev)

(bənd)
Gəldi zəif nöqtəmi tutdu
Ruhumu əzbərlədi sevgi
Qəlbimi təmkinlə ovutdu
Köksümü xəncərlədi sevgi

(Nəqarət)
O bunu bildi bilmədi yarımdı o
Üzümə güldü gülmədi yarımdı o
Mən onu həyatım boyu gözləyəcəyəm
Yanıma gəldi gəlmədi yarımdı o
O məni atdı atmadı yarımdı o
Xəbəri çatdı çatmadı yarımdı o
Söz verib artıq mənə yar olmağa
Sözünü tutdu tutmadı yarımdı o

(bənd)
Mən hara getsəmdə o getməz
Ətrini ismarladı sevgi
Onu axı heç kim əvəz etməz
Hər dəfə təkrarladı sevgi
Aygünü heç kim əvəz etməz
Hər dəfə təkrarladı sevgi

(Nəqarət)
O bunu bildi bilmədi yarımdı o
Üzümə güldü gülmədi yarımdı o
Mən onu həyatım boyu gözləyəcəyəm
Yanıma gəldi gəlmədi yarımdı o

O məni atdı atmadı yarımdı o
Xəbəri çatdı çatmadı yarımdı o
Söz verib artıq mənə yar olmağa
Sözünü tutdu tutmadı yarımdı o

Ruhuma bir can kimi lazımdı o
Xəyalıma ünvan kimi lazımdı o
Mən axı onsuz gecələr boğuluram
Nəfəsimə dərman kimi lazımdı o

Comments

  • ×