Vugarixx x Jasur Nematov – Xəyalpərəst

Əfsanəvi "Yuxu" qrupunun solisti və vokalisti Cəsur Nemətov ilə 5 ilə yaxındır ki daimi kontaktdayıq. Bir böyük kimi verdiyi məsləhətlər həqiqətən də bir çox "həyati" məsələlərdə köməyimə çatıb.

Cəsur bəyin bu səfərki Bakıya gəlişi zamanı, çoxdandır yarımcıq qalmış bir işimizi bitirmək qərarına gəldik.

Uşaqlıqdan sevdiyim "Yuxu – Xəyalpərəst" mahnısına, Cəsur bəyin yenidən oxuduğu vokal ilə öz toxunuşlarımı etdim. 🖤🤘🏼

Musiqi: Vugarixx
Sözlər: Jasur Nematov

Video: Bali Bagirli

Comments

  • ×