Ahmed Mustafayev - Nə Mənası (Akustik)

[Bənd 1]
Zaman gələr
Xatırladar yavaş-yavaş olub-itənlər
Və onda peşman olarıq
Olan-bitəndən sonra
Bir faydası olmaz ki
Qaydası olmaz ki sevməyin

[Keçid]
Qalar bizə kədər və qəm
Gedər bu ruh, qalar bədən
Yara verən elə yar olmağın
Ölüb axı var olmağın
Axı belə var olmağın
Var nə mənası?

[Nəqərat]
Var nə mənası
Yaşayım sənsiz həyatı?
Var nə mənası
Sənsiz sonsuz həyatın?
Var nə mənası
Dururam dərdinlə yatıb?
Var nə mənası?
Var nə mənası?
[Bənd 2]
Fələk sayar
Bizim saya bilmədiyimiz o günləri
Bunu bil, sonda birimiz
Desək də, dön gəl, daha gec
Heç faydası olmaz ki
Qaydası olmaz ki getməyin

[Keçid
Qalar bizə kədər və qəm
Gedər bu ruh, qalar bədən
Yara verən elə yar olmağın
Ölüb axı var olmağın
Axı belə var olmağın
Var nə mənası?

[Nəqərat]
Var nə mənası
Yaşayım sənsiz həyatı?
Var nə mənası
Sənsiz sonsuz həyatın?
Var nə mənası
Dururam dərdinlə yatıb?
Var nə mənası?
Var nə mənası?

Comments

  • ×